Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır
Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi “Təkmilləşdirilmiş dəyər zənciri üzrə fəaliyyətlərin koordinasiyası üçün bacarıqların artırılması və institusional inkişaf” layihəsinin yekun nəticələrinin təqdimatı keçirilib.
Tədbir zamanı layihənin əsas nəticələri barədə məlumatlar, o cümlədən layihə çərçivəsində yaradılmış kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazası, “Kənd təsərrüfatı” aylıq informasiya bülleteni ictimaiyyətə təqdim olunub.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə elektronlaşma və e-kənd təsərrüfatı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, kənd təsərrüfatı sektorunda idarəetmənin səmərəliliyinin təkmilləşdirilməsi istiqamətində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər Azərbaycan Hökumətinin prioritet hesab etdiyi sahələrdəndir.
FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir isə layihənin əsas komponentlərindən biri olan kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazasının yaradılmasının və bütün tərəfdaşlar tərəfindən bazar haqda məlumatlara çıxışın əldə edilməsinin ərzaq təchizatı və yeni bazarlara çıxışın təmin edilməsinə böyük töhfə verəcəyinə əminliyini bildirib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL