ABŞ-da şəbəkələrin günəş partlayışlarının təsirindən mühafizəsinə dair proqram qəbul edilib
ABŞ Milli Elm və Texnika Şurası ölkə infrastrukturunun günəş partlayışlarının təsirindən mühafizəsinə dair hazırlıq proqramını dərc edib.
Sənəddə qeyd olunur ki, enerji sistemləri, peyklər, telekommunikasiya şəbəkələri, naviqasiya, aviasiya və kosmik sistemlər, o cümlədən Beynəlxalq Kosmik Stansiya mürəkkəb şəbəkədir ki, onların kəsişmə nöqtələrində fasilələrin yaranması nasazlıqlara səbəb ola bilər.
Proqram dövlət və elmi, eləcə də milli təhlükəsizlik sahəsində bir sıra tədbirləri, məsələn, kosmik havanın proqnozlaşdırılması üsullarının hazırlanması, reaksiya vermə və infrastrukturun bərpası vasitələrinin yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bildirilir ki, maqnit sahə Yer kürəsini günəş partlayışlarından qoruyur, lakin ən güclü partlamalar naviqasiya peyk sistemlərinin və rabitə şəbəkələrinin siqnallarının ötürüldüyü yüksəkliklərə təsir göstərə bilər. Bundan başqa, partlayışların peyk sistemlərinin və təyyarələrin işinə təsiri mümkündür. Belə ki, 2012-ci ildə Günəşdə baş verən partlama nəticəsində “Delta Airlines” və “United Airlines” aviaşirkətləri Şimal və Cənub qütbü üzərindən keçən reyslərin marşrutunu dəyişmək məcburiyyətində qalıb. Həmçinin qasırğa Cənub qütbündə yerləşən stansiyalarla rabitə əlaqəsinin kəsilməsinə səbəb olub, - "Computerworld” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL