Çin Yer səthinin müşahidəsi üçün yeni peyk buraxıb
Çinin “Taiyuan” kosmodromundan orbitə Yer səthinin zondlaşdırılması üçün nəzərdə tutulan “Yaogan-28” peykinin uğurlu buraxılışı həyata keçirilib.
Peykdən elmi eksperimentlərin aparılması, təbii resursların tədqiqi, əkinçilik sahələrinin müşahidəsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması və onlardan dəyən zərərin azaldılması üçün istifadəsi nəzərdə tutulur.
Aparat yerli vaxtla saat 15:06-da “Chancheng-4B” raketdaşıyıcısı ilə start götürüb. Bu, “Chancheng” seriyasından say etibarilə 217-ci buraxılış olub. “Yaogan” seriyasından olan peyklər orbitə 2006-cı ildən çıxarılır. Əvvəlki belə aparat - “Yaogan-27” bu ilin avqustunda kosmosa göndərilib, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL