waplog

Avstraliyada Elektron İdarəçilik İnstitutu fəaliyyətə başlayıb


“SAP” şirkəti Avstraliyanın Kanberra şəhərində əsas məqsədi dövlət sektorunda innovasiyaların inkişafı olan Elektron İdarəçilik İnstitutu açıb.
 
Bildirilir ki, təhsil müəssisəsi dövlət strukturları, universitetlər və tərəfdaş təşkilatlarla birgə əməkdaşlıqda innovasiyaların yaradılması üçün rəqəmli texnologiyaların tətbiqi ilə məşğul olacaq. Təcrübə və biliklərdən gələcəkdə siyasi sahədə daha dərin biliklərin əldə olunması və dövlət sektoru tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün istifadəsi planlaşdırılır. “SAP” əldə olunan həlləri Avstraliyanın və digər ölkələrin dövlət müəssisələrinə təklif edəcək.
 
“SAP” şirkətinin təsis etdiyi Elektron İdarəçilik İnstitutu ideyalar laboratoriyası olacaq”, - şirkətin dövlət xidmətləri şöbəsinin rəhbəri İzabella Qreqor-Tsexoviç bildirib.
 
Avropa sosial təminat sahəsində əməkdaşlıq şəbəkəsinin baş direktoru Con Helloranın sözlərinə görə, rəqəmli innovasiyalardan sosial mühafizə sahəsində yeniliklərin tətbiqi üçün istifadəsi nəzərdə tutulur.
 
İnstitutun beş təsisçi tərəfdaşı sırasına Avstraliya Katolik Universiteti (ACU), Avstraliya Milli Universiteti (ANU), Avropa sosial təminat sahəsində əməkdaşlıq şəbəkəsi (European Social Network — ESN), Beynəlxalq Sosial Təminat Assosiasiyası (International Social Security Association — ISSA) və Avstraliya Dövlət Tibbi Sığorta Xidməti (NDIA) daxildir, - “Delo yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL