“KATV1” Rusiya və MDB-nin “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı olacaq
Azərbaycanın kabel televiziya operatoru “KATV1” Rusiya və MDB ölkələrində çoxkanallı rəqəmsal televiziya sahəsində keçirilən Rusiyanın və MDB məkanının 7-ci “Böyük Rəqəm – 2016” Milli Mükafatının tərəfdaşı statusunu alacaq.
Rusiyanın Kabel Televiziyası Assosiasiyası və “Midekspo” şirkəti həm peşəkar jüri, həm də onlayn səsvermə vasitəsilə tamaşaçılar tərəfindən müəyyən ediləcək qaliblərin müvafiq nominasiyalarını elan edib. Mükafatın qalibləri 2016-cı il yanvar ayının sonunda təntənəli mərasim zamanı elan olunacaq.
“Operator-şirkət” kateqoriyası
-
Bazarın intensiv inkişaf mərhələsinə keçidi şəraitində operator-şirkətin ən yaxşı biznes-strategiyası (10 000 – 100 000 abunəçi bazası olan operatorlar);
-
Bazarın intensiv inkişaf mərhələsinə keçidi şəraitində operator şirkətin ən yaxşı biznes-strategiyası (100 000-dən çox abunəçi bazası olan operatorlar);
-
TV operatorlarının və multiservis şəbəkələrinin ən yaxşı B2B layihəsi.
“Texnologiyalar və avadanlıq” kateqoriyası
-
IP TV & OTT TV üçün ən yaxşı platforma;
-
OTT və hibrid qəbul üçün ən yaxşı TV qəbuledici;
-
Son istifadəçilər üçün onlayn video-servisin ən yaxşı istifadəçi interfeysi;
-
Multiservis şəbəkəsinin ən yaxşı kompleks layihəsi.
“Telekanallar” kateqoriyası
-
İnformasiya-biznes telekanalı;
-
Sənədli-maarifləndirici telekanal;
Qeyd etmək lazımdır ki, “Böyük Rəqəm” Milli Mükafatı regionun televiziya və telekommunikasiya sahəsindəki müasir tendensiyaları gündəmə gətirən illik göstəricidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL