waplog

«Microsoft» İsrailin informasiya təhlükəsizliyi istehsalçısını satın alıb


«Microsoft» korporasiyası İsraildə yerləşən «Secure Islands» informasiya təhlükəsizliyi texnologiyaları istehsalçısını satın alıb.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2006-cı ildə təsis edilmiş «Secure Islands» elektron poçtun mühafizəsi və istənilən növ istifadəçi məlumatları üçün həllərin hazırlanması üzrə ixtisaslaşıb. Şirkət «IQProtector» alətinin köməyi ilə korporativ məlumat və fayllara girişə nəzarətə kömək edir. Fərdi məlumatlardan ibarət sənəd şirkətin şəbəkəsindən kənara göndərildikdə «IQProtector» aləti onu avtomatik şifrləyir.
 
 
«Microsoft» şirkətinin «Secure Islands» üçün nə qədər məbləğ ödədiyi rəsmi məlum deyil. KİV-in məlumatına görə, bu sazişin dəyəri 77-150 milyon dollar arasında ola bilər.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL