«Big Data» bazarı İT sənayesi ilə müqayisədə 6 dəfə daha sürətli inkişaf edəcək
«International Data Corporation» (IDC) tədqiqat şirkətinin analitikləri bildirib ki, böyük məlumatların («Big Data») emalı ilə bağlı texnologiyalar bazarı yüksək artım dinamikası nümayiş etdirməyə davam edir, çünki şirkətlər informasiya həcminin artımını nəzərə alaraq öz bizneslərində dəyişikliyi sürətləndirir.
Analitiklərin proqnozuna görə, 2014-2019-cu illərdə «Big Data» sahəsində qlobal texnologiya və xidmətlər bazarının həcmi hər il orta hesabla 23,1 faiz yüksələrək 48,6 milyard dollara yaxınlaşacaq.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, ekspertlərin proqnozuna görə, yaxın 5 ildə «Big Data» bazarı 3 əsas istiqamət üzrə inkişaf edəcək: infrastruktur, proqram təminatı və xidmətlər. Hesablama və şəbəkə avadanlığı, disk saxlancı və başqa aparat təminatını özündə birləşdirən infrastruktur istiqamətinə sərf olunan xərclərin həcmi ildə 21,7 faiz yüksələcək.
İnformasiyanın idarə sistemi, təhlili və axtarışını özündə birləşdirən «Big Data» proqram təminatı bazarında 26,2 faiz illik artım proqnozlaşdırılır.
«Pierre Audoin Consultants» analitik firmasının məlumatına görə, 2016-cı ilə qlobal «Big Data» həllər bazarının həcmi 20 milyard avroya kimi yüksələcək. Bu, 2010-cu illə müqayisədə 7 dəfə çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL