waplog

Ölkə başçısı yüksək texnologiyalar sahəsi üzrə koreyalı səfirlə fikir mübadiləsi aparıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib.
 
Azərbaycanın Koreya ilə dostluq əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında inşaat və digər ənənəvi sahələrdən başqa əməkdaşlığımızın yeni istiqamətlərinin də mövcud olduğunu deyib.
 
 Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edərək qarşılıqlı sərmayə qoyuluşlarına toxunub. Dövlət başçısı Azərbaycanın daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayaraq investisiya qoyuluşu üçün ölkəmizdə yaxşı imkanların olduğunu bildirib.
 
 
Azərbaycanın yüksək nailiyyətlər əldə etməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd edən səfir Kim Çanq-gyu qazanılan uğurlar münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük ehtiramını ifadə edib.
 
 O, respublikamızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını önə çəkərək ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Koreya və Azərbaycan rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
 
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL