Gəncədə sahibkar qadınlara e-xidmətlər mövzusunda treninq keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda yerli və xarici mütəxəssislərin iştirakı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün mütəmadi olaraq müxtəlif mövzularda treninqlər təşkil edilir.
Növbəti treninq adıçəkilən mərkəzin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 10-da gənc sahibkar qadınlar üçün Gəncədə keçirilib.
“Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SVOT (“SWOT”) təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.
Bundan əlavə, İSN tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat treninq iştirakçılarının diqqətinə çatdırılıb, e-xidmətlərin vətəndaşlara yaratdığı üstünlüklərdən bəhs edilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL