Bakıda “Huawei həlləri - müəssisənin etibarlı və mühafizəli İT infrastrukturu” mövzusunda biznes-konfrans keçiriləcək
“Softline” şirkəti “Huawei” şirkəti ilə birgə noyabrın 18-də Bakıda “Huawei həlləri - müəssisənin etibarlı və mühafizəli İT infrastrukturu” mövzusunda biznes-konfrans keçirəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin əsas auditoriyası şirkət rəhbərləri, İT-menecerlər və direktorlar şurasının üzvləri olacaq.
Konfrans çərçivəsində “Huawei” və “Softline” şirkətlərinin mühəndisləri vendorun geniş çeşidli məhsul və həlləri ilə iştirakçıları tanış edəcəklər. Eyni zamanda telekommunikasiya, server avadanlıqları, mühəndis infrastrukturunun yaradılması üçün həllər haqda ən aktual məsələlərlə bağlı təcrübələrini bölüşəcəklər.
Tədbir iştirakçıları son qlobal tendensiyalar və təqdim edilən həllərin məhsuldarlığı haqda məsləhətlər ala biləcəklər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL