waplog

AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında elmi-texnoloji əməkdaşlıq sahəsində memorandum imzalanıb


AMEA prezidenti, akademik Akif Əlizadə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Əhməd Cavad Acarla görüşüb.
 
AMEA-nın mətbuat xidmətindən “ICTnews”a verilən məlumata görə, AMEA ilə TÜBA arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müxtəlif istiqamətlərdə qarşılıqlı elmi təcrübə mübadiləsinin təşkili, beynəlxalq akademik qurumlarla növbəti layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.
 
Görüş çərçivəsində AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
 
Memorandumda elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlərin təşkili, kadr hazırlığı və alimlər arasında təcrübə mübadiləsi aparmaq kimi müddəalar öz əksini tapıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL