waplog

Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb


“Ericsson” şirkəti yaxın illər üçün dünya telekommunikasiya bazarı üzrə proqnozu azaldıb. Bu barədə İsveç istehsalçısının məlumatında deyilir.
 
Şirkətin proqnozuna görə, 2015-2018-ci illərdə telekommunikasiya avadanlığının alışı üçün ümumdünya xərcləri 1-3 faiz artacaq, halbuki bir il əvvəl şirkət 2017-ci ilədək ortaillik artımın 2-4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb.  
 
Yaxın üç ildə telekommunikasiya xidmətləri bazarının həcminin illik artımı 3-5 faiz, operatorların dəstəyinin təmini üçün həllərin satışı 7-9 faiz gözlənilir.
 
“Ericsson” mobil şəbəkələr üçün iri avadanlıq istehsalçısı hesab olunur, lakin əksər mobil rabitə operatorlarının “LTE” texnologiyasını tətbiq etməsinə görə İsveç şirkətinin gəlirlərinin artım tempi zəifləməyə başlayıb və bu səbəbdən yeni gəlir mənbələri axtarışındadır. 
 
Noyabrın 9-da “Ericsson” şirkəti “Cisco” şəbəkə avadanlığı istehsalçısı ilə telekommunikasiya sahəsində genişmiqyaslı texnoloji və kommersiya əməkdaşlığına başlamasını bəyan edib. Şirkətlər müxtəlif istiqamətlərdə birgə işlə - tədqiqat, işləmələr, şəbəkə infrastrukturu üçün həllərin satışı və müştəri xidmətləri ilə məşğul olacaqlar, - "DailyComm" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL