waplog

«Gartner»: 2020-ci ildə internetə çıxışa malik 20,8 milyard əşya olacaq



"Əşyaların interneti" («Internet of Things», «IoT») konsepsiyası dedikdə insanlar deyil, məişət texnikası, avtomobillər, "ağıllı" ev qurğularının internetə çıxış əldə etməsi başa düşülür.
 
 
«Gartner»in analitiklərinin proqnozuna görə, 2016-cı ildə «IoT» bazarında 6,4 milyard qurğu qeydə alınacaq. Bu göstərici cari ilin nəticəsinə görə 30 faiz daha yüksəkdir. 2020-ci ilə internetə çıxışa malik 20,8 milyard əşya olacaq.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, sözügedən analitik şirkətin hesabatına əsasən, 2016-cı ildə hər gün təxminən 5,5 milyon yeni qurğu internetə qoşulacaq. Bütün bu elektronika qurğularına xidmət göstərilməsi zərurəti xidmətlər bazarını yaradır ki, gələn il onun həcmi 2015-ci illə müqayisədə 22 faiz yüksələcək.
 
 
«Gartner»in analitiklərinin proqnozuna əsasən, 2016-cı ildə dünyada internetə qoşulmuş 4 milyard əşya qeydə alınacaq, 2020-ci ildə isə belə əşyaların sayı 13,5 milyarda yaxınlaşacaq.
 
 
«IDC» şirkətinin analitiklərinin proqnozuna əsasən isə yaxın illərdə «Internet of Things" bazarının həcmi ildə orta hesabla 13 faiz artaraq 2020-ci ildə 3,04 trilyon dollara yaxınlaşacaq.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL