waplog

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı 13,7 faiz artıb


"Elektron hökumət" portalı üzərindən təqdim edilən "İş yerinə dair arayış" elektron xidmətindən istifadə edənlərin sayı artmaqda davam edir. Cari ilin oktyabr ayında bu e-xidmətdən faydalananların sayı cari ilin əvvəli ilə müqayisədə 2,6 dəfə və ya əvvəlki sentyabr ayı ilə müqayisədə 13,7 faiz artaraq 25 986-ya çatıb. "İş yerinə dair arayış" elektron xidmətindən istifadə etməklə vətəndaşlar iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edə bilir və bunun üçün artıq işəgötürənə müraciət  olunmasına ehtiyac qalmır.
 
Bununla da vətəndaşların həmin arayışların alınması üçün vaxt itkisinin və çətinlik çəkmələrinin, habelə kağız arayışların verilməsi zamanı müəyyən bürokratik hallara yol verilməsinin qarşısı alınır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, işəgötürən barədə məlumatları, onun əlaqə nömrəsini, həmçinin işçinin şəxsi məlumatlarını, əmək müqaviləsinin bağlandığı tarixi və s. özündə əks etdirən bu e-arayışlar eyni zamanda təqdim edildikləri təşkilatlar üçün daha məqsədəuyğundur.
 
Belə ki, həmin təşkilatlar qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, bu sənəddə əksini tapan məlumatları, o cümlədən əməkhaqqı barədə məlumat əksini tapdığı halda onun düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.
 
 
Ötən ilin dekabrında istifadəyə verilən "İş yerinə dair arayış" elektron xidməti ölkəmizdə kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin sürətlənməsinə səbəb olub. Həmin vaxtdan bəri əhali bu e-xidmətdən ümumilikdə 177 750 dəfə faydalanıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL