waplog

Rabitə, kommunal, cərimə haqları üzrə bildirişləri mobil telefon vasitəsilə necə əldə etməli?


Bildiyiniz kimi, artıq "İOS"  əməliyyat sisteminin istifadəçiləri də "Elektron hökumət" portalından yararlana biləcək. Bu gün portalın mobil tətbiqi vasitəsilə 18 sosial xidməti, sadəcə, mobil telefona daxil olmaqla əldə etmək mümkündür. Belə xidmətlərin arasında portal istifadəçilərinin təklifləri üzrə yaradılan "Elektron arayışlar" bölməsi də mövcuddur.

Mobil versiyası vasitəsilə "e-gov.az" istifadəçilərinin daha bir təklifi də reallaşdırıldı. Belə ki, "e-gov.az" istifadəçilərinin rabitə, cərimə, kommunal və s. üzrə bildirişlər sistem tərəfindən avtomatik mobil telefona yönləndirilir.

Mobil telefona bu bildirişləri necə yönləndirməli?
 
 
 Bunun üçün, "Elektron hökumət" portalına daxil olaraq "Onlayn ödənişlər" bölməsinə keçid almalı, "Onlayn ödənişlər" bölməsinə daxil olaraq Kommunal, Rabitə, İpoteka, Büdcə bölmələri üzrə istənilən xidməti seçərək həmin xidmət yadda saxlanmalıdır. Daha sonra, portala mobil əlavə vasitəsi ilə daxil olaraq bildirişlər bölməsinə keçilməli, yadda saxlanan hər bir xidmətin bildirişləri ayrı-ayrılıqda aktiv edilməlidir.

Bundan əlavə, portalın mobil versiyasının istifadəçiləri isə "Elektron hökumət" üzrə yeniliklərdən daha tez xəbər tuta biləcəklər. Belə ki, portalın "xəbərlər" bölməsinə əlavə edilən hər bir yenilik barədə mobil tətbiq istifadəçisinə sistem tərəfindən avtomatik bildiriş göndəriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL