waplog

Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib


Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) Katibliyinə təqdim etdiyi layihə İsveçrənin Bern şəhərində ÜPİ-nin Administrativ Şurasının payız sessiyası çərçivəsində təsdiq edilib.
 
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Poçtun toplanması və çatdırılmasının inkişaf etdirilməsi" adlı layihənin "Azərpoçt" MMC-nin poçt şəbəkəsində tətbiqi nəzərdə tutulur.
 
ÜPİ-nin bütün üzv-ölkələrinin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk həftəsində ÜPİ-nin Qəyyumlar Şurasının toplantıları keçirilib. Şuranın işində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.
 
Qeyd edək ki, Şura ÜPİ-nin qurultaylararası fasiləsiz işini təmin edir,  normativ, administrativ, qanunverici və hüquqi məsələləri öyrənir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL