RYTN-in dəstəyi ilə 12 yaşlı idmançı kiqboks üzrə dünya çempionu oldu
İspaniyanın Benidorm şəhərində 5-8 noyabr 2015-ci ildə keçirilən kiqboks üzrə dünya çempionatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzEvroTel” MMC-nin maliyyə dəstəyi ilə qatılan 12 yaşlı Ümid Ağayev qızıl medalın sahibi olub. Ümid Ağayev 52 saylı orta məktəbin 7-ci sinif şagirdidir.
Rabitəçi ailəsində böyüyən Ümid 36 kiloqram çəki dərəcəsində ispaniyalı idmançı üzərində inamlı qələbə qazanaraq bu titula yiyələnib.
“İlk öncə mənim yarışda iştirak etməyimdə köməklik göstərən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova minnətdarlığımı bildirirəm. Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqiblərim güclü idi. Final qarşılaşmasında yerli idmançı ilə qarşılaşdığımdan məsuliyyət daha çox idi. Qətiyyətim sayəsində mən qalib gəldim”.
Qeyd edək ki, Ümid dəfələrlə Bakı və ölkə çempionatlarının qalibi olub. Xatırladaq ki, Ümidin atası Musa Ağayev “AzEvroTel” MMC-də kabel ustasıdır.
Qeyd edək ki, yarışlarda iştirak edən Ümid Ağayevin müəllimi Eduard Məmmədov 60 kiloqram çəki dərəcəsində erməni idmançı üzərində parlaq qələbə qazanaraq 22-ci dəfə dünya çempionu olub.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL