Çilidə dünyada ən nəhəng teleskopun tikintisinə başlanılıb
Çilinin Atakama səhrasında dünyada ən böyük Nəhəng Magellan teleskopunun tikintisinə başlanılıb. Teleskopun təməlinə ilk daşın qoyulması mərasimində Çilinin prezidenti Mişel Baçelet iştirak edib.
"Bu layihə milli astronomiyanın inkişafına səbəb olacaq — Çili KİV-i dövlət başçısının sözlərindən sitat gətirib. Çətinliklər aradan qaldırılıb, indi bizdə müşahidələr üçün yeni imkanlar olacaq".
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, teleskopun əsas güzgüsünün diametri 25,4 metr təşkil edəcək. Yeni teleskop "Habbl" kosmik teleskopunun köməyi ilə çəkilmiş şəkillərlə müqayisədə 10 dəfə daha dəqiq təsvirlər əldə etməyə imkan verəcək.
Alimlər ümid edirlər ki, bu teleskop Günəş sistemindən kənarda yerləşən qara dəliklər və göy cisimləri haqda daha çox informasiya toplamağa kömək edəcək. Bundan başqa, onlar ümid edirlər ki, teleskop qədim qalaqtikaların təsvirini əldə etməyə imkan verəcək.
2500 metr hündürlükdə yerləşmiş astronomik cihaz 2021-ci ildə işləməyə başlayacaq. İnşaat dəyəri 500 milyon dollardan çoxdur. Layihədə ABŞ, Avstraliya, Braziliya, Cənubi Koreya və Çili iştirak edir.
Planetdə ən quru yerlərdən biri olan Atakama səhrasında artıq bir neçə astronomik rəsədxana yerləşir. Öz iqliminə görə yüksək dağ yaylası kosmosu müşahidə etmək üçün mükəmməl yerdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL