waplog

Ölkədə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 10,5 milyon manat təşkil edib


Azərbaycanda həyata keçirilən elektron ticarət dövriyyəsinin həcmi artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı statistik göstəricilərdə qeyd edilir.
 
 DSK tərəfindən aparılan hesablamalara görə, cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib.
 
 Belə ki, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb.
 
 
DSK-dan bildirilib ki, elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL