Dövlət Komitəsinin iki elektron xidmətinin inzibati reqlamentində dəyişiklik olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişiklik “Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə” və “Dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın verilməsi üçün rəy bildirilməsinə dair müraciətin və sənədlərin qəbulu” e-xidmətlərinə şamil olunub.
Dəyişikliyə görə, hər iki elektron xidmətin inzibati reqlamentinin 3.4.1-ci bəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəzlənib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL