waplog

“Yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi ölkənin dinamik inkişafına təkan verib”


Azərbaycan dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaradır.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev danışıb.
 
O, Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2015-ci il tarixli  «Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında» Fərman  özəl sektorun inkişafına təkan verməkdədir.
 
İnternet infrastrukturunun genişləndirilməsinin və ümumilikdə informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlərin sahibkarlıq fəaliyyətlərinin genişlənməsinə müsbət təsir etdiyini vurğulayan M.Musayevin sözlərinə görə, son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı dövlət proqramları həyata keçirilir.
 
"Görülmüş tədbirlərin nəticəsidir ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 27 milyard ABŞ dolları olmuş, bunun da 16  milyard ABŞ dolları daxili investorların vəsaiti  olub. Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir. İqtisadiyyatın  hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda  sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində  aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan verib. Belə ki, 2015-ci ilin  6 ayı ərzində iqtisadiyyat 5,7 faiz artıb. Qeyri-neft sektorunda 9,2 faiz, sənaye istehsalında isə təxminən 4 faiz artım qeydə alınıb. Qeyri-neft sənayesinin 14 faizdən çox artması son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin nəticəsidir".
 
 
Hazırda ölkədə kənd təsərrüfatının inkişafı üçün çox ciddi islahatların aparıldığını, torpaqların elektron uçotu, qeydiyyatının indiki mərhələ üçün çox önəmli məsələlərdən biri hesab olunduğunu vurğulayan M.Musayev bildirib ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, kənd təsərrüfatı sahəsində çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı birgə əməkdaşlıq münasibətlərinin müəyyən edilməsi ilə bağlı ARSK ilə Kənd Təsərrüfatı Nazırliyi arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
 
 
"Qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır. Hazırda bu sahədə müəyyən işlər görülür. Lakin, hesab edirəm ki, bu gün ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə POS-terminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir" – deyən M.Musayev hesab edir ki, ölkədə alqı-satqının plastik kartlar vasitəsi ilə aparılması həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər.
 
Onun sözlərinə görə, bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL