waplog

Dövlət Radiotezliklər İdarəsi tərəfindən TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) cari ilin 10 ayı ərzində görülən işlər barədə hesabat verib.
 
 İdarədən bildirilib ki, Bakı “Teleqüllə”sindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Abşeron yarımadasının Sahil, Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Xırdalan, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zuğulba, Maştağa, Müşfiqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb.
 
Belə ki, hesabat dövründə ümumilikdə 83 məntəqədə 781 ölçü işləri aparılıb. “Yuxarıda qeyd olunan yaşayış məntəqələrində Bakı “Teleqüllə”sindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb”.
 
 
Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə isə DRİ-nin Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən , Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları ərazisində radiomonitorinq işləri aparılıb. Bu istiqamətdə 84 məntəqədə 884 ölçü işləri reallaşdırılıb.
 
 
Televiziya üzrə isə 94 məntəqədə  735 ölçü işləri həyata keçirilib. DRİ-dən qeyd edilib ki, radio üzrə isə ümumilikdə 73 məntəqədə 581 ölçü işləri aparılıb. 2015-ci ilin 10 ayı ərzində DRİ-nin Radiomonitorinq şöbəsinə kənar maneə təsiri ilə əlaqədar olaraq 29 müraciət daxil olub.
 
Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görulüb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL