waplog

Dünyanın ən hörmətli şirkətləri


Reputation Institute-un (Reputasiya İnstitutu, ABŞ) yeni tədqiqatına əsasən, istehlakçılar bütün dünyada ən etibarlı, hörmətli və nüfuzlu şirkət kimi Google və Apple-ı tanıyıblar.
Sorğuda 15 müxtəlif ölkədən 48 min istehlakçı iştirak edib. Onun nəticələrinə əsasən, reytinqin yuxarı hissəsini yüksəktexnologiyalı şirkətlər, həmçinin avtoistehsalçılar tutur.

10-luğun nəticələri aşağıdakı kimidir.

Artıq qeyd edildiyi kimi, 1-ci və 2-ci yerləri 79.99 və 79.77 bal toplamış Google və Apple şirkətləri tutub. Üçüncü yeri 79,55 bal nəticə ilə Disney tutub, sonra BMW (79.42), LEGO (79.26), Sony (79.05), alman avtomobil istehsalı konserni Daimler (79.03), Canon (78.07), Intel (77.56) və Volkswagen (77.33) gəlir. Microsoft korporasiyası onluğa girə bilməyib və 11-ci yer tutub. Top 50-yə düşmüş digər şirkətlər: Nokia (15-ci yer), Hewlett-Packard (17-ci yer ), Philips (23-cü yer), Nintendo (25-ci yer), IBM (27-ci yer), Amazon (33-cü yer), Dell (34-cü yer), Sony Ericsson (35-ci yer), Xerox (38-ci yer), Cisco (40-cı yer), Eastman Kodak (41-ci yer) və Samsung (43-cü yer).

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL