“BlackBerry” istehsalçısı rəqiblərinə uduzur
“BlackBerry” qurğuları və “PlayBook” planşetlərinin istehsalçısı Kanada şirkəti “Research in Motion” bazardakı mövqeyinə görə “Apple” və “Google” şirkətlərinə açıq-aydın uduzmağa başlayıb. Hal-hazırda şirkət ikinci rüb üzrə maliyyə nəticələrini dərc edib.
Nəticə ekspertlərin proqnozlarından da aşağı olub, bu isə “RİM” şirkətinin səhm məzənnəsinə bir andaca təsir edib. Nəticələrin elanından 1 saat sonra “RİM” şirkətinin səhm məzənnəsi 20%-ə düşüb.
Hesabat rübündə şirkət təxminən 200 000 “PlayBook” planşeti satıb. Analitiklər isə satış həcminin 550 000 planşet olacağını proqnozlaşdırmışdılar.
Satılmış “BlackBerry” smartfonlarının sayı da azalıb. İkinci rübdə onların sayı 10.6 milyon olub. Bu göstərici isə proqnozlardan 1 milyon aşağı olub.
"Bütövlükdə, tədarüklər proqnozlardan aşağı olub. Yeni qurğuların satışları kifayət qədər zəif olub, həmçinin, əvvəlki smartfonların satışları daim aşağı düşür" – “Royal Bank of Canada”nın analitiki Mayk Abramski bildirib.
“RİM” şirkətinin rəhbəri Cim Balsilli rüblük nəticələr ilə bağlı şərhində, həmçinin, təsdiqləyib ki, “BlackBerry” smartfonlarının faktiki satışları proqnozlardan aşağı olub.
Onun sözlərinə görə, şirkət yaxınlarda çıxarılacaq yeni smartfonlara ümid edir, onlar ən yeni “BlackBerry OS 7” mobil əməliyyat sistemi əsasında işləyəcəklər.
Balsilli qeyd edib ki, şirkət əvvəlki kimi Kanada və ABŞ-da çox güclü mövqeyə malikdir, belə vəziyyət isə şirkətə “Apple iPhone” qurğuları və “Google Android” əsasında olan smartfonlarla uğurla rəqabət aparmağa imkan yaradır. O, eyni zamanda təsdiq edib ki, şirkətin bazar payı ABŞ-da da aşağı düşür.
”RİM” şirkəti ikinci maliyyə rübündə 4,2 milyard dollar səviyyəsində satışlar edib, bu göstərici isə əvvəlki rübdən 15% aşağıdır. Şirkətin xalis gəliri 329 milyon dollar və ya səhmə görə 63 sent təşkil edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL