“Azercell Telekom” şirkəti mobil xidmətlər bazarında rəqabətə çevik reaksiya vermək niyyətindədir
“Azercell Telekom” şirkəti “4G” şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər aparır.
Şirkətin icraçı direktoru Vahid Mürsəliyev bildirib ki, gələcəkdə artıq bu texnologiya əsasında səsli xidmətlərin göstərilməsi mümkün olacaq. O, səsli xidmətlərin “3G” texnologiyası üzərindən göstərildiyi üçün buna böyük ehtiyac olmadığını da qeyd edib.
Dünyanın aparıcı mobil operatorlarının GSM texnologiyasının istifadəsini dayandıracaqları haqda proqnozlarını şərh edərək, V. Mürsəliyev bildirib ki, yeni texnologiyaların yayılması nəticəsində tələbat olmadığı halda GSM texnologiyasının istifadəsinin dayandırılması təbii bir hal olacaq.
“Azercell” şirkətinin icraçı rəhbəri eyni zamanda “WhatsApp” və “Viber” kimi əlavə mobil proqramlarla mübarizəni yeni aplikeyşenlərin şirkət tərəfindən hazırlanmasında görür, məhz bu yolla bu cür proqramlarla rəqabətə dayanmağın mümkünlüyünü bildirir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL