waplog

“Bakcell” şirkəti nəqliyyat sektoru ilə bağlı servis çeşidini genişləndirir


Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti nəqliyyat sektoru ilə bağlı servis xidmətlərinin çeşidini genişləndirir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, servislər ödəniş xidmətləri ilə yanaşı, “Wi-Fi” xidmətlərinin göstərilməsini də nəzərdə tutur.
 
“Bakcell” şirkəti “189” taksi servisi ilə uğurlu layihəsinin ardınca bu sahədə iştirakını artırmaq niyyətindədir.
 
“Hazırda bir sıra taksi servisi ilə onların avtomobillərini “Wi-Fi”-ya qoşulma imkanı ilə təmin etmək üçün danışıqlar aparır.

Bununla yanaşı, biz parkinq xidməti ödənişlərini SMS göndərməklə və ya balans hesabına həyata keçirmək üçün infrastrukturu hazırlamışıq. Artıq bu gün bir neçə parkinq sahibi ilə razılıq əldə edilib və çoxları ilə danışıqlar aparılır”, - deyə şirkətdən bildiriblər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL