Dünyada ilk: Üzən elektrik stansiyası yaradılacaq
Şotlandiya hökuməti və Norveçin « Statoil» neftçıxarma şirkəti hər birinin gücü 6 meqavat olan 5 külək turbininin inşasına dair saziş imzalayıb. Bu turbinlər Şotlandiyanın şimal-şərq sahilindən 25 kilometr məsafədə üzən platformalara quraşdırılacaq.
«Hywind» adlanan və dünyada ilk üzən külək elektrik stansiyası kimi elan edilmiş layihə 20 min evin enerji ilə təchizi üçün kifayətdir. Sözügedən elektrik stansiyasının açılışı 2017-ci ildə planlaşdırılır.
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, 30 meqavat gücündə olan «Hywind» elektrik stansiyası yerli küləklər hesabına elektrik enerjisi generasiya edəcək. Külək mühərrikləri suyun səthi üzərindən 95-120 metr dərinlikdə quraşdırılacaq.
Bildirək ki, üzən elektrik stansiyaları öz görünüşü ilə heç kimi narahat etməyəcək. Təəccüblü də olsa, amma sahilboyu ərazilərdə yaşayan sakinlər əksər hallarda məhz bundan şikayət edir. Digər tərəfdən, külək mühərriklərini sahildən uzaqlaşdırmaq olar. Bu halda sahilboyu ərazilərlə müqayisədə külək daha güclü əsir. Həmçinin üzən külək elektrik stansiyaları, ehtimal ki, gəmilərin işinə mane olmayacaq.
Xatırladaq ki, son 6 ildə üzən külək turbinlər texnologiyası üzərində işlər aparılır. 2009-cu ildə Norveçin Karmyoy adasından 10 km məsafədə ilk 2,3 meqavatlıq prototip quraşdırılıb. Bu, böyük gücə sahib ilk üzən külək turbini kimi tarixə düşüb. 7,3 qiqavat elektrik enerjisi generasiya edir və 11 metrədək hündürlükdə dalğalara qarşı dayanıqlıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL