waplog

Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artır


Azərbaycanda yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
 
 "ICTnews" elektron xəbər xidməti bildirir ki, DSK-nın açıqladığı statistik göstəricilərə görə, sözügedən artım 1179,0 milyon dollar təşkil edib. İdxal məhsulları sırasına bir sıra İT məhsulları, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları və digərləri daxildir.
 
 
2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, məhsullar 97 ölkəyə  ixrac, 135 ölkədən isə idxal edilib. Ticarət dövriyyəsinin 9,2 faizi MDB üzvü dövlətləri, 48,6 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
 
Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar təşkil edib, nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL