Cənubi Koreya XİN: “Dünya informasiya agentlikləri rəqəmli dövrdə fəaliyyət göstərmək üçün əməkdaşlıq etməlidir”
Dünya informasiya agentlikləri rəqəmli dövrdə fəaliyyət göstərmək üçün əməkdaşlıq etməlidir. Bu barədə Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Lim Son Nam Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 39-cu iclasının iştirakçıları qarşısında çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, budəfəki iclasın informasiya agentliklərinin mobil rabitənin inkişafı fonunda yeni imkanlar və çağırışlar qarşısında mövzusu çox aktualdır. "İnformasiya axınlarının qloballaşması və rəqəmli texnologiyaların inkişafı informasiya agentlikləri üçün ciddi çağırış və rəqabət yaradıb. Kompüter və sosial şəbəkələrin informasiyanın ölkələr daxilində və arasında sürətli yayılmasında əsas rol oynadığı şəraitdə ənənəvi xəbər agentlikləri həmişə əhəmiyyətli informasiya mənbəyi ola bilməz", - Lim Son Nam qeyd edib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, bu baxımdan ənənəvi xəbər agentliklərinin strategiyasında bir-biri ilə sıx əməkdaşlıq, o cümlədən ikitərəfli, regional və beynəlxalq səviyyələrdə informasiya mübadiləsi və müqayisəli təhlil nəzərdə tutulmalıdır. "Məhz bu səbəbdən OANA xəbər agentliklərinin rəqəmli dövrdə gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək", - "TASS" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL