waplog

Ekspert: “Döyüş robotlarının istehsalının qadağan edilməsi texnologiyaların tərəqqisinə ziyan vura bilər”


Avtonom silah sistemlərinin hazırlanmasının qadağan edilməsi ilə bağlı məsələnin müzakirəsi son vaxtlar geniş vüsət alıb. İyulda belə qadağanın tətbiqinə çağırış üçün açıq məktubu süni intellekt sahəsində fəaliyyət göstərən əksər məşhur alim, mütəxəssis və sahibkarlar, o cümlədən Stiven Hokinq, Elon Mask və Noam Homski imzalayıb. Apreldə BMT-də ekspertlərin konkret adi silah növləri haqqında konvensiya çərçivəsində avtonom silah sistemləri üzrə ikinci iclas keçirilib.

 
Lakin “Information Technology and Innovation Foundation” analitik mərkəzinin vitse-prezidenti Deniel Kastonun fikrincə, silahın tətbiq edilməsi üçün müstəqil qərar qəbul edə bilən avtonom silah sistemlərinin hazırlanmasını xəbərdar etmək məqsədilə aparılan kampaniya ümumilikdə avtonom sistemlərin hazırlanmasına mənfi təsir göstərə bilər. 

 
Bildirilir ki, avtonom robotlar XXI əsrin mühüm texnologiyalarından biri olacaq. Siyasi xadimlər belə sistemlərin hərbi sahə daxil olmaqla üstünlüklərini müəyyən etməli və onların işlənməsi və tətbiqinə xidmət edən qanunlar qəbul etməlidirlər. Hərbi işləmələrə investisiyalar uzun müddətdir yeni texnologiyaların, o cümlədən robot texnikasının inkişafının katalizatoru rolunu oynayır, - “Computerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL