Nyu-Yorkda 200 ağac üçün elektron poçt yaradılacaq
"Əşyaların internetinin sürətlə inkişaf etdiyi bir dövrdə nə üçün hər bir ağac üçün elektron poçt yaradılmasın? Təxmin etmək olar ki, bunlar ən təhlükəsiz elektron poçt qutuları olacaq. Sadəcə, onlara müdaxilə və ya spam göndərilməsi mənasızdır. Amma biz hər bir ağac haqda məlumatlı olacağıq" – indi ABŞ Konqresində aparılan müzakirələrdə bu cür fikirlər səslənir.
«ICTnews.az» saytı «computerra.ru» saytına istinadən yazır ki, hər bir ağacın elektron poçtuna onun şəkillərini və şərhlər göndərmək olacaq. Ehtimal edilir ki, könüllülər şəkillərə baxaraq müxtəlif problemləri aşkar edə biləcəklər. Məsələn, sınmış budaqlar, suvarmanın zəif olması, müxtəlif xəstəlik əlamətləri və sairə.
Nyu-Yorkda əkilmiş 5 milyondan çox ağacın təxminən 12 faizi yol boyunca yerləşir. Ağacların əksəriyyəti parklarda yerləşib, az sayda işçilər və könüllülər onların vəziyyətinə nəzarət edir. Lakin ağacların 50 faizindən çoxuna nəzarət olunmur. Bu halda ağacların zədələnməsi haqda çox gec xəbər tuturlar və çox vaxt infeksiya başqa bitkilərə keçir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL