Mobil poçt xidməti
“Azərpoçt” MMC regionlarda səyyari poçt xidmətlərini davam etdirir. Bir neçə gün öncə belə bir xidmət Mingəçevir şəhərinin Mingəçevir kəndində göstərilib. Müəssisənin Maliyyə marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun verdiyi məlumata görə, regionlarda səyyari poçt xidmətlərinin poçta tələbat olan kəndlərdə həyata keçirildiyini bildirdi.
“Bu gün poçt sahəsi Mərkəzi Bank tərəfindən “Azərpoçt” MMC-yə verilmiş lisenziya əsasında ənənəvi poçt xidmətləri göstərilməsi ilə yanaşı, müxtəlif yönümlü müasir poçt-maliyyə xidmətləri, o cümlədən hesab açmadan pulköçürmələri, müxtəlif növ ödənişlərin qəbulu, xarici valyutanın alqı-satqısı, sığorta şəhadətnamələrinin verilməsi, eləcə də poçt filiallarında müştərilər üçün cari hesabların açılması, hesabların idarə olunması, cari hesablar üzrə köçürmə əməliyyatlarının aparılması, nağd pulun verilməsi, plastik kartların verilməsi, valyuta konvertasiyası kimi xidmətləri müştərilərinə çatdırır.
“Mobil poçt xidmətlərindən əsgəri poçt göndərişləri göndərənlərin sayı artıb. Xidmət göstərilən yaşayış məntəqələrində poçt şöbəsi olmadığından əsgərlərə göndərilən bağlamaları göndərmək üçün poçt şöbəsi olan qonşu kəndlərə və ya rayon mərkəzinə getməli olurdular. Bu da onların əlavə vəsait xərcləməsinə səbəb olurdu. Mobil poçt isə onların əsgərlərə göndərdikləri bağlamaları elə yaşadıqları kənddən götürür”.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL