waplog

Qlobal planşet bazarında azalma sürətlənib


«IDC» analitik şirkətinin ilkin məlumatlarına əsasən, 2015-ci ilin üçüncü rübündə qlobal planşet kompüterlərinin satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz azalaraq 48,7 milyon qurğu təşkil edib. Planşetlərin satış həcminin azalması sürətlənir: ikinci rübdə 7 faiz olub.
 
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, «IDC» şirkətinin nümayəndəsi bildirib ki, bir çox istehsalçılar planşetlərdən hibrid qurğulara (noutbuk və planşet funksiyalarını özündə birləşdirən qurğu) keçid haqda ciddi düşünür.
 
 
«iPad» qurğusunun satış həcminin azalmasına baxmayaraq, «Apple» planşet istehsalçıları arasında liderliyini qoruyub saxlayıb. Cari ilin üçüncü  rübündə «Apple» şirkəti 12,3 milyon planşet (-19,7 faiz) satıb və bazar payı 22,1 faiz təşkil edib.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL