2025-ci ilə Çinin İKT bazarının həcmi 6 trilyon dollara yaxınlaşacaq
«China Daily» nəşri «IDC» analitiklərinin tədqiqatına istinadən yazır ki, yaxın 10 ildə Çinin informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarının həcmi ildə orta hesabla 7 faiz yüksələrək 2025-ci ilədək 6 trilyon dollara yaxınlaşacaq və investorlara geniş imkanlar açılacaq.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, "üçüncü platforma («bulud» hesablamaları, böyük məlumatlar və mobil qurğular) və 6 əsas texnologiya («3D» çap, robot texnikası, koqnitiv sistemlər, "əşyaların interneti", artırılmış/virtual reallıq və informasiya təhlükəsizliyinin yeni nəsli) sayəsində dünya yeni rəqəmli supertexnologiyalar dövrünə qədəm qoyacaq" - «IDC»-nin Çin nümayəndəliyinin icraçı direktoru söyləyib.
Ekspertlərin proqnozuna görə, 2025-ci ilə Çində yerləşən təşkilat və müəssisələrin 80 faizini texnoloji hesab etmək mümkün olacaq və ölkədə yaşayan hər bir istehlakçı orta hesabla 5 rəqəmli "ağıllı" cihazdan istifadə edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL