waplog

“Elektron hökumət” portalına yeni elektron xidmət inteqrasiya olunub


"Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" elektron xidməti "Elektron hökumət" portalına (e-gov.az) əlavə edilib.
 
 
"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu e-xidməti onlayn rejimdə istifadəçini keçdiyi müayinələr barədə məlumatlarla təmin edəcək.
 
 
Portal üzərindən xidmətə  daxil olan vətəndaş özü ilə bağlı sistemdə olan müayinələri "Müayinələrin reyestri" menyusunda görə bilər. Bu reyestrdə bildirişin nömrəsi, müayinə tarixi, təyinat tarixi, növbəti müayinə tarixi, əlillik qrupu, əlillik növü barədə məlumatlar əks olunacaq. İstifadəçi xidmətdən istifadə etməklə çıxarışını əldə etmək üçün müvafiq müayinəni qeyd edərək, çıxarışı yüklə düyməsini seçməklə faylı kompüterinə yükləyə bilir.
 
 
Bu xidmət vasitəsilə mövcud çıxarışın yoxlanılması da mümkünləşib. Belə ki, müayinələrin reyestrindən əldə edilmiş çıxarışlar istənilən yerə təqdim edildikdə "çıxarışın yoxlanılması" menyusunda (müvafiq sahəyə çıxarışın nömrəsini və tələb olunan əməliyyatın nəticəsini qeyd edilməklə) yoxlanıla bilər.
 
 
Bundan əlavə sözü gedən xidmətdə "çıxarışların tarixçəsi", "mənim yoxladığım çıxarışlar" və "mənim yoxlanılan çıxarışlarım" bölmələri mövcuddur. Sistem üzərindən əldə edilən bütün çıxarışlar barədə məlumatlar "çıxarışların tarixçəsi"ndə əks olunur. "Mənim yoxladığım çıxarışlar" bölməsində yoxlanılan çıxarışların nömrəsi, aid olduğu şəxs, yoxlanılan tarixlə bağlı məlumatlar qeyd olunur. "Mənim çıxarışlarımı yoxlayanlar" bölməsi vasitəsilə isə vətəndaş sistem üzərindən əldə olunan çıxarışların kim tərəfindən yoxlanıldığı barədə məlumatları əldə edəcək.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL