Çin üçüncü iri yarımkeçirici istehsalçısını yaratmaq üçün milyardlar xərcləyəcək
Çinin “Tsinghua Unigroup” şirkəti yaxın beş ildə yarımkeçiricilər biznesinin inkişafına 300 milyard yuan (47 milyard dollar) investisiya yatırmaq niyyətindədir. “Tsinghua Holdings” dövlət İT holdinqi bölməsinin məqsədi bu illər ərzində dünyanın üçüncü iri yarımkeçirici istehsalçısını yaratmaqdır. Hazırda yarımkeçiricilərin satışından mədaxilə görə liderlər üçlüyünə "Intel”, “Samsung” və “Qualcomm” şirkətləri daxildir.
Böyük investisiya planlarını “Tsinghua Unigroup” Direktorlar Şurasının sədri Çjao Veyqo “Reuters” agentliyinə müsahibədə açıqlayıb.
Bir müddət əvvəl "Tsinghua Unigroup”un ABŞ-ın “Micron” şirkətini satın almaq istəyi ilə bağlı informasiya yayılıb. 2013-cü ilin sonunda “Tsinghua Unigroup” “Spreadtrum” və “RDA Microelectronics” prosessor şirkətlərini satın alıb.
“Tsinghua Unigroup” Çin hökumətinin yüksək texnologiyalı aktivlərə vəsait yatıran “Tsinghua Holdings” dövlət İT holdinqinin törəmə şirkətlərindən biridir, - “Vesti” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL