Bakıda “TestBaku 2015” keçiriləcək
Bakıda dekabrın 8-də “Keytorq” şirkətinin təşkilatçılığı ilə “TestBaku-2015” konfransı keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə bank, sığorta, telekom və digər sahələrdə çalışan proqramçılar, biznes analitikləri, layihə menecerləri, sistem analitikləri, test mühəndisləri iştirak edəcəklər.
Konfrans çərçivəsində Keytorcun menecment üzrə tərəfdaşı Barış Sarıalioğlu
“Global Software Testing Trends & Insights” mövzusunda, “Azerbaijan Testing Board” (AZTB) qurumunun rəhbəri Vüsal Şahbazov Azərbaycanda keçirilmiş proqram təminatı bazarının qiymətləndirilməsi üzrə hesabatını təqdim edəcək.
Daha sonra Barış Sarıalioğlunun, “Bank of Baku”nun nümayəndəsi Nahid Zeynalovun, “Khazar Universitesi Teknoparkı”nın direktoru Özden Doyuranın, “Gantek Technology” şirkətinin Qafqaz və Şərqi Avropa ölkələri üzrə regional meneceri Şahan Demirkanın, “Cybernet” şirkətinin nümayəndəsi Vüsal Məsiyevin iştirakı ilə Azərbaycanın İT sənayesi ilə bağlı panel müzakirələr aparılacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL