waplog

İlin sonunadək üç böyük internet bazarında yerdəyişmə baş verəcək


Dekabrda Hindistan internet istifadəçilərinin sayına görə dünya reytinqində ikinci yeri tuta bilər. Bu barədə yerli “The Economic Times” nəşri “IAMAI” (Internet & Mobile Association of India) təşkilatı və “IMRB International” analitik şirkətinin hesabatına əsasən məlumat verib.
 
Ekspertlərin proqnozuna görə, 2015-ci ilin sonunadək Hindistanda internet istifadəçilərinin sayı ötən illə müqayisədə 49 faiz artaraq 402 milyon nəfər təşkil edəcək. Oktyabrda bu göstərici 375 milyon nəfər olub. Artım sayəsində Hindistanın ABŞ-ı qabaqlayaraq ikinci böyük internet bazarına çevriləcəyi gözlənilir. Ölkənin bu göstərici üzrə yalnız 600 milyon istifadəçinin olduğu Çindən geri qalacağı bildirilir.
 
Son illər Hindistanda internetin yüksək templə inkişafı müşahidə edilir. Əvvəllər ölkədə internet istifadəçilərinin sayının 10 milyon nəfərdən 100 milyon nəfərədək artırılması üçün on ildən çox vaxt lazım olub. 100 milyondan 200 milyonadək artım üç il, 300 milyondan 400 milyonadək bir il ərzində baş verib.
 
Mütəxəssislərin qənaətinə görə, böyük internet auditoriyası rəqəmli sənayenin və elektron ticarətin inkişafı, eləcə də İT startap biznesi üçün geniş imkanlar açır, - "DailyComm”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL