waplog

Azərbaycanda idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazası yaradılacaq


Bakıda Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi imzalanıb.  Bu barədə “ICTnews.az”a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, sözügedən layihə sənədini Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Təşkilatın Azərbaycandakı nümayəndəsi Mustafa İmir imzalayıb.
 
 
Növbəti iki il altı ay ərzində həyata keçiriləcək layihənin məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemlər üçün fitosanitar nəzarətin lazımi səviyyədə inkişaf etdirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasından ibarətdir.
 
 
Bundan əlavə, layihənin 3 əsas komponenti vardır. Belə ki, layihə çərçivəsində idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazasının yaradılması və ixracın sertifikatlaşdırılması üçün lazımi qaydaların hazırlanmasının dəstəklənməsi ilə Azərbaycanda fitosanitar karantin baxışının və ixrac sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. Üstəlik, sərhəd məntəqələrində müfəttişlik və zərərvericilərin risk analizi sahəsində milli potensialın artırılması, bu sahədə prioritet qaydaların hazırlanması vasitəsilə idxal tənzimləmə sisteminin idarəedilməsinin təkmilləşdirilməsi də layihənin məqsədlərinə daxildir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL