Azərbaycanda peyklərin orbitə buraxılması kosmik elmin inkişafına zərurət yaratmaqdadır
Azərbaycanda peyklərin orbitə buraxılması hazırda kosmik elmin inkişafına zərurət yaratmaqdadır.
AMEA prezidenti, akademik Akif Əlizadə bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin geniş iclasında bildirib.
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərdən söz açan A.Əlizadə qeyd edib ki, ölkədə kosmik sənayenin inkişafı istiqamətində bir neçə il əvvəl mühüm addımlar atılıb, o cümlədən iki peyk buraxılıb və üçüncü peykin orbitə qaldırılması nəzərdə tutulur.
Ölkə başçısının proqram xarakterli çıxışında yüksək texnologiyalara dair araşdırmaların xeyli güclənməsinin vacibliyinə də toxunduğunu xatırladan AMEA prezidenti əlavə edib ki, bu məsələlər elmin üzərinə böyük vəzifələr qoyur.
Elmlərarası proqramların genişlənməsindən də söz açan A.Əlizadənin sözlərinə görə, bu proses Azərbaycan elminin gələcəkdə uğur və elmi yeniliklər qazanmasının bazisidir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL