waplog

Dünya smartfonlar bazarında hansı şirkət daha çox gəlir əldə edir?


"Canaccord Genuity" analitik şirkəti dünya smartfonlar bazarında apardığı tədqiqatın nəticələrini açıqlayaraq "Apple" şirkətinin bu seqmentdə lider olmasını müəyyənləşdirib.
 
Analitiklərin məlumatına görə, 2015-ci ilin üçüncü rübündə ABŞ korporasiyası dünyada bütün smartfonların satışından 94 faiz gəlir əldə edib. İstehsalçı təkcə "iPhone" modelləri ilə gəlirə görə "Samsung", "Huawei", "Lenovo" kimi şirkətləri geridə qoyub. Ötən il bu göstərici 85 faiz təşkil edib. Həmçinin "iPhone" modelinin smartfonlar bazarında payı 15 faizə bərabərdir.

 
Bu o deməkdir ki, "iPhone" üçün orta qiymət digər əksər smartfonların qiymətindən yüksək olmaqla 670 dollar təşkil edir, halbuki "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün orta qiymət 180 dollardır, - "Qazeta" yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL