waplog

İnternet mağazaları süni intellektdən istifadəyə başlayacaq


Yaxın gələcəkdə internet mağazaları məhsulların axtarış sistemini süni intellekt vasitəsilə təkmilləşdirə biləcək.
 
Məlumata görə, ABŞ-ın “Shoes.com” pərakəndə satış şirkəti istifadəçilərə yeni axtarış alqoritmi təklif etmək məqsədilə "Sentient Technologies Holdings Ltd” korporasiyası ilə əməkdaşlığa başlayıb.
 
Artıq növbəti həftədən saytda “vizual filtr” yeni axtarış funksiyasının istifadəyə verilməsi planlaşdırılır. Süni intellekt istifadəçilərin davranışını öyrənməklə onların hansı mallara üstünlük verməsini müəyyənləşdirəcək.
 
Vizual filtrdə alıcıya ayaqqabı şəkilləri içərisindən onun ən çox xoşladığı modeli seçmək təklif olunacaq. Bu seçim əsasında robot müştərinin zövqünə uyğun yeni modellər seçəcək.
 
Məsələn, alıcı ipli çəkməni bəyənərək düyməni onun üstünə bassa, proqram onun üçün oxşar rəngdə digər ipli modellər təklif edəcək. Bu halda alıcı tərəfindən əllə ayaqqabının xarici görünüşünü təsvir etməsinə ehtiyac qalmır.
 
“shoes.com” rəhbərliyi funksiyanın məhsul seçimi prosedurunu daha sürətli edəcəyinə ümid edir, - "Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL