waplog

ƏMDK iki elektron xidmətinin inzibati reqlamentini təsdiqləyib


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) kollegiyası  iki elektron xidmətin inzibati reqlamentini təsdiq edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” e-xidmətlərinin inzibati reqlamentləridir.
 
“Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” elektron xidməti səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin satışı üzrə keçirilən ixtisaslaşdırılmış pul hərraclarında fiziki və hüquqi şəxslər tərəfindən I və II növ sifarişlərin verilməsini əhatə edir.
 
“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” e-xidmətinə kiçik dövlət müəssisələrinin ilkin qiymətinin 15 faizinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı daxildir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL