waplog

“Huawei Enterprice” şirkəti yerli dövlət qurumlarına bir sıra maraqlı texnologiyalar təqdim etməyə hazırdır


“Azerbaijan Huawei Enterprice” şirkəti Azərbaycan dövlət qurumları ilə bir sıra maraqlı texnologiyaların tətbiqi ilə bağlı danışıqlar aparır.
 
“Azerbaijan Huawei Enterprice”ın direktoru Derek Dongun  “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu həllər arasında “Təhlükəsiz şəhər” və Elektron hökumət kimi həllər daha çox marağa səbəb olub.
 
 
“Biz artıq “Təhlükəsiz şəhər” həllini Özbəkistanın Düşənbə, Rusiyanın Sankt-Peterburq şəhərlərində və İngiltərədə uğurla tətbiq etmişik. Azərbaycanda da bu həllin təqdimatlarını keçirmişik. Bundan başqa, yerli bazarda neft-qaz, təhsil və maliyyə sahələri üçün Elektron təhsil, Elektron maliyyə proqramlarını təqdim edirik və bizim üstünlüyümüz bu həlləri kompleks şəkildə əvvəldən axıradək tətbiq etməyimizdədir”, - deyə D. Dong qeyd edib.
 
Şirkət həmçinin, telekommunikasiya sektoru üçün qlobal səviyyədə “5G” texnologiyasını təqdim edir.
“Bildiyiniz kimi, “Huawei” “5G” texnologiyasının qlobal səviyyədə testləşdirilməsi üzrə işlər həyata keçirir. Azərbaycanda bu gün hələ ki, yalnız LTE texnologiyasını təqdim edirik və bu sahədə uğurla “Bakcell” və “Naxtel” şirkətləri ilə əməkdaşlıq edirik. Bizim data mərkəzlərin qurulması sahəsində geniş imkanlarımız var və Azərbaycan Dəmir  Yolu İdarəsində artıq Tier1 səviyyəsində data mərkəz yaratmışıq”, - deyə o bildirib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL