waplog

Elektron kənd təsərrüfatı informasiya sistemindən istifadə qaydalarında dəyişikliklər olub


Azərbaycan Nazirlər Kabineti (NK) 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı ilə təsdiq etdiyi “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nda dəyişikliklər edib.
 
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, “kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları, torpaq sahələrinin identifikasiya nömrəsi, kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, ortofoto planlar, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri barədə məlumatlar, qeyri-kənd təsərrüfatı torpaq sahələrinin müvafiq məlumatları - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” məzmunlu 4.3.4-cü yarımbənd ləğv olunub.
 
Eyni zamanda, “qanunla müəyyən edilmiş qaydada ünvanlar, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlaklar (torpaq sahələri, tikili və qurğular), həmin daşınmaz əmlaklar üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, qeydə alınmış torpaq sahələrinin ölçüləri - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” məzmunlu 4.3.5-ci yarımbəndə “qanunla” sözündən əvvəl “kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları, torpaq sahələrinin identifikasiya nömrəsi, kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, ortofoto planlar, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri barədə məlumatlar, qeyri-kənd təsərrüfatı torpaq sahələrinin müvafiq məlumatları,” sözləri əlavə edilib.
 
Beləliklə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminə təqdim etməli olduğu məlumatların verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunub.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL