waplog

Ən müasir texnologiyalarla təchiz edilən yeni əczaçılıq laboratoriyası açılıb


Azərbaycan Tibb Universitetində (ATU) ən müasir texnologiyalarla təchiz edilən yeni əczaçılıq laboratoriyası açılıb. ATU-nun əczaçılıq fakültəsinin dekanı Tahir Süleymanovun verdiyi məlumata görə, müasir avadanlıqlar "Respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün Əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyasının təşkili" üzrə layihəsi çərçivəsində əldə edilib. Layihə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənib.
 
Layihənin əsas məqsədi respublikanın təbii sərvətlərindən istifadə etməklə yeni dərman preparatlarının yaradılması üçün müvafiq texnologiyalarla təchiz edilən əczaçılıq laboratoriyasının yaradılmasıdır. 
 
Layihə bir neçə mərhələdə icra olunacaq və onlara müvafiq olaraq laboratoriyada ayrı-ayrı şöbələr qurulacaq. İlkin mərhələdə bioloji fəal maddələrin əldə edilməsi üzrə şöbə yaradılacaq.
 
Bu fitokimyəvi şöbədə bitki, heyvan xammallarından bioloji fəal maddələrin alınması üçün istifadə ediləcək. İkinci - əczaçılıq texnologiyası şöbəsində isə fitokimyəvi laboratoriyada əldə edilmiş bioloji maddə əsasında müxtəlif dərman preparatlarının hazırlanması üçün istifadə olunacaq. Bura müxtəlif dərman formullarını hazırlamaq üçün avadanlıqlarla təmin ediləcək. Məsələn, burada həb düzəltmək üçün press, kapsulyator, nanoemulsiya avandanlığı və digər köməkçi – quruducu, nəmləndirici və s. avadanlıqlar olacaq.
 
 Üçüncü standartlaşma şöbəsində isə bioloji fəal maddələrin, substansiyaların və dərman formasına salınmış məhsulların keyfiyyətinə nəzarət üsulları hazırlanacaq. Burada həm substansiya, həm xammalların, həm dərmanların istehsalı və satışında keyfiyyəti müasir formada, ən yüksəksəviyyəli avadanlıqla yoxlanılacaq. Bu şöbədə maye xronoqraf, qaz xronoqrafı, infraqırmızı spektr cihazı və digər köməkçi avadanlıqlar olacaq.
 
Ümumilikdə, əczaçılıq fakültəsinin laboratoriyalarına elmi tədqiqatları aparmaq üçün təxminən 30-a qədər müasir avadanlıq alınıb və onlar qısa müddətdə quraşdırılaraq istifadəyə veriləcək.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL