waplog

Fransa hökumətinə sosial şəbəkələri bloklamaq səlahiyyəti verilib


Noyabrın 19-da Fransa Parlamenti hökumətə fövqəladə vəziyyət rejimində internet saytlarını, servis və sosial şəbəkələri bağlamaq hüququ verən qanuna səs verib.
 
Fransa Milli Assambleyası tərəfindən qanuna qəbul edilən düzəliş Daxil İşlər Nazirliyinə terroristlərin istifadə edə biləcəyi bütün internet ünsiyyət xidmətlərinin fəaliyyətini dayandırmaq səlahiyyəti verir. Digər tərəfdən, sənədə görə, 1955-ci ildə qəbul edilən ilkin qanunda ölkə hökumətinə fövqəladə vəziyyətdə mətbuat, radio və kinematoqrafiyada senzura tətbiq etmək hüququnu nəzərdə tutan bənd ləğv edilir. Qanuna düzəliş Fransada fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması ilə bağlı qəbul edilən qanun layihəsindən bir neçə saat sonra təsdiqlənib.
 
Qeyd edək ki, noyabrın 13-də Parisdə və şəhər ətrafında terror aktları baş verib, - "SecurityLab" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL