waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində güzəştli kampaniyalara başlayır


20 noyabr - 20 dekabr tarixlərində "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumları xüsusi kampaniyaya başlayır.
 
 
Bu kampaniya müddətində texniki imkanlara uyğun olaraq güzəştli şərtlərlə telefon çəkilişləri təşkil ediləcək.
 
Mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi, həmçinin CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdiriləcək.
 
Aşağı tutumlu İnternet xidmətləri abunəçiləri üçün xüsusi güzəştlər planlaşdırılıb və istifadə olunan tutumların 1 Mb/s artırılması təmin ediləcəkdir. Kampaniya müddətində müraciət edən istifadəçilər – müqaviləsi 1 Mb/s olanlar 2 Mb/s,; 2 Mb/s olanlar 3 Mb/s tutum əldə edəcəklər.
 
Qeyd edək ki, "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində aparılan bütün tədbirlər sahə üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
 
Analoji güzəştli kampaniyanın keçirilməsi nazirlik tərəfindən özəl xidmət operator və provayderlərinə də tövsiyə olunub.
 
Kampaniya çərçivəsində göstəriləcək xidmətlər barəsində ətraflı məlumatlar və təkliflərin, müraciətlərin qəbulu ünvanları aidiyyəti xidmət göstərən müəssisələrin İnternet informasiya ehtiyatlarından əldə edilə bilər.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL