waplog

2020-ci ildə artırılmış reallıq eynəklərinin tədarük həcmi 21 milyon təşkil edəcək


«ABI Research» tədqiqat şirkətinin analitiklərinin proqnozuna əsasən, yaxın 5 ildə artırılmış reallıq («Augmented Reality», «AR») qurğuları bazarının həcmi ildə orta hesabla 78 faiz artacaq. Gözləntilərə əsasən, 2020-ci ildə "ağıllı" «AR» eynəklərinin tədarükü 21 milyona yaxınlaşacaq.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə əsasən, qurğular, proqram təminatı və «AR» məzmunun satışından əldə olunan gəlir daxil olmaqla sözügedən bazarda ümumi dövriyyənin həcmi ildə təxminən 73 faiz artacaq və 5 ildən sonra 100 milyard ABŞ dolları təşkil edəcək.
 
 
Mütəxəssislərin fikrincə, artırılmış reallıq qurğuları sənaye istehsalı və tibb sahəsində daha çox tətbiq ediləcək. Həmçinin kompüter oyunları, mediaməzmun və əyləncələrlə bağlı istehlak istiqaməti də inkişaf edəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL