waplog

İsrail alimləri süni qızıl yaradıblar


İsrailin Texnion Universitetinin tədqiqatçıları tarixdə ilk dəfə laboratoriya şəraitində süni qızıl yaratmağa nail olublar. «Jerusalem Post» qəzetində dərc edilmiş materiala əsasən, professor Boazanın rəhbərliyi altında işləyən mühəndislik fakültəsinin aspirantı Mariya Koyfman-Kristosof tərəfindən kəşf edilib. Alimlər süni qızılın əldə edilməsi prosesinin təfərrüatlarını «Nature Communications» jurnalında dərc ediblər.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «hi-news.ru» saytına istinadən yazır ki, Texnion İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı ali məktəblərindən biridir. 1924-cü ildə açılıb. Ötən əsrin 80-ci illərində məhz bu təhsil ocağında optik lif ixtira edilib, kvazikristallar kəşf edilib, həmçinin universitetin əməkdaşları kimya elminin inkişafına böyük töhfə veriblər.
 
 
Mariya Koyfman-Kristosof bildirib ki, əldə olunmuş süni qızıl təbii qızılla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, süni qızıl yüksək mexaniki möhkəmliyə, yüksək temperatura qarşı dayanıqlığa, həmçinin yüksək elektrik və istilik keçiricilik qabiliyyətinə malikdir.
 
 
Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL